Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub? -

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.
!@#
ENA.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.
"Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq", - məlumatda deyilir.











