Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda pul kütləsi rekord səviyyəyə çatdı

Azərbaycanda pul kütləsi rekord səviyyəyə çatdı

Bu ilin iyun ayının 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi rekord səviyyəyə – 37.001 mlrd. manata çatıb.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Eləcə də oxu: Ölkə iqtisadiyyatı üçün bədbin rəqəm: bank kreditlərinin 52,1%-i istehlakdır

Məlumata görə bu göstərici ötən ay ilə müqayisədə 4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 21.5% artıb.

2022-ci ilin iyun ayının 1-nə M2 pul aqreqatı 25.371 mlrd. manat, M1 pul aqreqatı (banklardan kənarda nağd pul və manatla tələb edilənədək depozitlər) 21.888 mlrd manat təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə