Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda ötən il aqrar sektora yönəldilmiş vəsait açıqlanıb

Azərbaycanda ötən il aqrar sektora yönəldilmiş vəsait açıqlanıb

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 244,9 milyon manat vəsiat də nəzərə alınmaqla, 2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 4,2 %-i qədər və yaxud 1 107,1 milyon manat vəsiat yönləndirilib.

Bu barədə “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, funksional təsnifata uyğun olaraq ( dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) 2020-ci ildə kənd təsərrüfatı xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 417,9 milyon manatı və yaxud 48,5 %-i kənd təsərrüfatı tədbirlərinə, 409,8 milyon manatı və yaxud 47,5 %-i meliorasiya tədbirlərinə (2019-cu illə müqayisədə 80,9 milyon manat və yaxud 24,6 % çox) , 29 milyon manat və yaxud 3,4 %-i baytarlıq tədbirlərinə (2019-cu illə müqayisədə 4,1 milyon manat və yaxud 16,5 % çox) , 5,5 milyon manatı və yaxud 0,6 % kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlərə yönəldilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə