Əsas məzmuna keç
Bakı +13°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda ödənişli xidmətlər bazarı 5,1 milyard manatı ötüb

Azərbaycanda ödənişli xidmətlər bazarı 5,1 milyard manatı ötüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyard 159,9 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,4 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 951,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76,6 %-ni təşkil edib.

4 ayda hər bir ölkə sakini orta hesabla 502,6 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 62,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə