Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanda nə qədər şirkət var? - DVX-nin məlumatı

Azərbaycanda nə qədər şirkət var? - DVX-nin məlumatı

2023-cü il sentyabrın 1-nə Azərbaycanda 171,165 min kommersiya təşkilatı qeydiyyata alınıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur.

ENA.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, sentyabrın 1-nə kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyətlər (MMC), 1,3 faizi səhmdar cəmiyyətləri (SC), 1,1 faizi kooperativlərdir.

Bununla yanaşı, 33,317 min təşkilat aktiv ƏDV ödəyicisidir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2% çoxdur.

Avqustda 1458 min kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Bunlardan 87,1 faizi yerli investisiyalı şirkətlər, 12,9 faizi xarici investisiyalı təşkilatlardır. Avqustda qeydiyyatdan keçmiş kommersiya təşkilatlarının 83,5 faizi elektron qaydada qeydiyyatdan keçib.

Ümumilikdə, 2023-cü il sentyabrın 1-nə Azərbaycanda 1 milyon 480,258 min vergi ödəyicisi qeydiyyata alınıb ki, onların da 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlardır. Vergi ödəyicilərinin ümumi sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz, o cümlədən fiziki şəxslər 7 faiz, hüquqi şəxslər 9,2 faiz artıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə