Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda hakim istefa verdi

Azərbaycanda hakim istefa verdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün istefa ərizəsi yazıb.

Anar Sadıqov öz ərizəsini Məhkəmə-Hüquq Şurasına təqdim edib.

Məhkəmə-Hüquq Şurası məlumatı təsdiq edib.

Şuradan verilən məlumata görə, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”.