Əsas məzmuna keç
Bakı +6°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycanda corab istehsalı kəskin artıb

Azərbaycanda corab istehsalı kəskin artıb

Azərbaycanda üst trikotaj, alt trikotaj və corab istehsalı kəskin artıb.


“BI” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında 9,8 min ədəd üst trikotaj istehsal edilib. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 8 dəfə çoxdur.


Cari ilin Yanvar ayında 31 min ədəd alt trikotaj istehsal edilmişdir ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 75 dəfə çoxdur.


2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında corab istehsalı 16,2 dəfə artaraq 123,3 min ədəd təşkil edib.


Kişilər üçün kostyum və komplektlər istehsalı isə 72,8% artaraq 28,3 min ədəd təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə