Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycanda bu il sənaye istehsalı 37 milyard manatı ötüb

Azərbaycanda bu il sənaye istehsalı 37 milyard manatı ötüb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məıumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 8% artmışdır.

Məlumata görə, sənaye məhsulunun 65%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3% azalıb, əmtəəlik qaz hasilatı isə 6,4% artıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə