Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycanda bank kartları ilə bir ayda - 103 MİLYON MANAT XƏRCLƏYİBLƏR

Azərbaycanda bank kartları ilə bir ayda - 103 MİLYON MANAT XƏRCLƏYİBLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub.

“Marja” xəbər verir ki, “İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-aprel aylarında  Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 375 milyon manat olub.

Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 103 milyon manat təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə