Əsas məzmuna keç
Bakı +5°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda 16–17 milyard kubmetr su ehtiyatı var – risklər qalır

Azərbaycanda 16–17 milyard kubmetr su ehtiyatı var – risklər qalır

Azərbaycanda hazırda su qıtlığı müşahidə olunmur, lakin mövcud ehtiyatlar uzunmüddətli dövr üçün yetərli hesab edilmir.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin su anbarlarında təxminən 16-17 milyard kubmetr su ehtiyatı mövcuddur, illik istehlak isə 11-12 milyard kubmetr təşkil edir:

"Bu, təxminən bir ildən bir qədər artıq su ehtiyatı deməkdir. Lakin bu kifayət deyil. Eyni zamanda, köhnəlmiş infrastruktur səbəbindən suyun paylanması zamanı ciddi itkilər yaranır. Su ehtiyatlarının səmərəli idarə olunması və itkilərin azaldılması prioritet istiqamətlərdəndir".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə