Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
TenderlərTender

Azərbaycanda 10 manatlıq şirkət 7,3 milyonluq tender udub

Azərbaycanda 10 manatlıq şirkət 7,3 milyonluq tender udub

Kapitalına və eləcə də dövlət büdcəsindən ən çox pulun ayrıldığı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Ruzi”ili tenderləri davam etməkdədir.

ENA.az bildirir ki, Meliorasiya və Su Təsərrüfatı son 5 ay tamam deyil ki, bu “Ruzi” Məhdud Məsuliyyətli Cəmiyyət adlı şirkət ilə 44 müqavilə ilə 7 milyon 302 min manatlıq tender müqavilə imzalayıb. Bunun 4 milyon 565,78 min manatı isə son iki ayda elan edilib.

!@#

Tenderlər isə mal-materiallar və ehtiyat hissələrinin; maşın-mexanizmlər və nasoslar üçün ehtiyat hissələrinin satın alınması və tikinti materiallarının satın alınması cari təmir işlərində istifadə ediləcək mal-materialların satın alınması kimi predmetlər üzrə bağlanmışdır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın müqavilə imzaladığı “Ruzi” MMC isə 2002-ci ildə təsis edilib. Xocavənd rayonunda dövlət qeydiyyatına alınmaqla cəmi 10 milyon nizamnamə kapitalına malikdir. Maraqlı olan isə bu böyüklükdə tenderlər imzalayan bir şirkət barəsində internetdə və eləcə də KİV-də çox məhdud informasiyalar vardır. Olan informasiyalarda isə eyni ilə “10 manat kapitallı şirkət milyonları udur” sərlövhəli yazılardan ibarətdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə