Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Azərbaycan xarici ticarət dövriyyəsi 1,3% artıb

Azərbaycan xarici ticarət dövriyyəsi 1,3% artıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,3% artaraq 29 milyard 216.30 milyon ABŞ dolları təşkil edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 26,98% artaraq 19 milyard 335.59 milyon ABŞ dolları olub. İdxal isə 27,42% azalaraq 9 milyard 880.71 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsində 9 milyard 454.88 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 5,86 dəfə çoxdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə