Əsas məzmuna keç
Bakı +8°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycan Rusiyadan 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Azərbaycan Rusiyadan 1 mlrd. kubmetrədək qaz tədarük edəcək

Rusiyanın “Qazprom” şirkəti 2023-cü ilin mart ayına qədər yeni müqaviləyə əsasən, Azərbaycana 1 mlrd. kubmetrədək qaz tədarük edəcək.

ENA.az bu barədə şirkətin rəsmi məlumatına istinadən xəbər verir.

“Noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd “Qazprom Eksport” MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb”, – məlumatda qeyd olunur.

Məlumata görə, müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan və Rusiya qazın mövsümi tədarükü ilə bağlı razılığa gəliblər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə