Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb (07.08.2026)

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb (07.08.2026)

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,33 ABŞ dolları və ya 2,56 % artaraq 93,37 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 87,6 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,41 ABŞ dolları və ya 2,74 % artaraq 90,3 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə