Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Azərbaycan İsrailə kömək təklif etdi

Azərbaycan İsrailə kömək təklif etdi

"Azərbaycan İsraildə davam edən meşə yanğınları ilə bağlı öz köməyini göstərməyə hazırdır".

ENA.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi öz rəsmi tvitter hesabında yazıb.

“İsraildəki dağıdıcı meşə yanğınlarını yaxından və narahatlıqla izləyirik. Azərbaycan lazım gəldiyi təqdirdə təcili yardım göstərməyə və yanğını söndürmə səylərində ölkəyə kömək etməyə hazırdır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrail Qərbi Qüdsdəki meşə yanğınlarını söndürmək üçün dünya ölkələrindən kömək istəyib. Avqustun 15-indən başlayan meşə yanğınlarında 16 min hektardan çox meşə sahəsinin yandığı bildirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə