Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycan islam maliyyəsinin perspektivləri müzakirə edilib

Azərbaycan islam maliyyəsinin perspektivləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Ticarət və İnkişaf Palatası (ICCD) arasında ölkədə islam maliyyəsi ilə bağlı perspektivlər müzakirə edilib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"ICCD-nin baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüşdə Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə islam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə