Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. 

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qərar mətnində öz əksini tapıb. 

Qərara əsasən:

- Milli Məclisin Avropa İttifaqı Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulub, 

- Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlanılıb və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambelyasının tədbirlərinə qatılmamalıdır. 

Sənəd səsverməyə qoyularaq qəbul edilib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə