Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

AZAL-ın Müşahidə Şurasında dəyişiklik edildi

AZAL-ın Müşahidə Şurasında dəyişiklik edildi

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının tərkiblərini təsdiq edib.

AZAL-dan verilən məlumata görə, bu çərçivədə “Azərbaycan Hava Yolları” QSC-də yeni Müşahidə Şurası formalaşdırılıb.

Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.

Şura üzvləri isə AZCON-un icraçı direktoru Şahin Tofiq oğlu Babayev, icraçı direktorun müavini Vüqar Yaşar oğlu Mirzəzadə və Baş Maliyyə İnzibatçısı Taylan Soysal oğlu Tekelidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə