Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

AZAL Bakıdan Ammana birbaşa reys açır

AZAL Bakıdan Ammana birbaşa reys açır

“Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə