Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Avroya keçən 21-ci ölkənin adı - AÇIQLANDI

Avroya keçən 21-ci ölkənin adı - AÇIQLANDI

Avropa İttifaqı Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırıb. 2026-cı il yanvarın 1-dən Bolqarıstanda istifadə olunan valyuta avro olacaq.
Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstan Mərkəzi Bankının qanunvericiliyindən tutmuş, yaşanan inflyasiyaya qədər ölkənin bir çox göstəricisini qiymətləndirdikdən sonra 1 yanvar 2026-cı il tarixindən etibarən avro valyutasını qəbul etmək üçün bütün kriteriyaları yerinə yetirdiyini açıqladı.

"Bu müsbət yaxınlaşma qiymətləndirməsi Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçməsinə yol açır və avro zonasına qoşulan iyirmi birinci Aİ üzvü olur" deyə Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn bildirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə