Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Rəsmi

Avropa dövləti Azərbaycanda səfirliyini açmaq istəyir

Avropa dövləti Azərbaycanda səfirliyini açmaq istəyir

"Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir".

"BI" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini bildirib.

"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrində əməkdaşlıqda maraqlıdır", - deyə o, qeyd edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə