Əsas məzmuna keç
Bakı +9°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Aqrar

"AQTA"da qeydiyyat online olacaq - YENİLİK

"AQTA"da qeydiyyat online olacaq - YENİLİK

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək. 

AQTA-dan verilən məlumata görə, elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edəcəklər. 

Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçiriləcək. 

Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edəcəklər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə