- "Aprelin 20-sindən sonra müəyyən sahələri aça bilərik"

"Karantin rejimi uzadılacaq. 20-dən sonra uzadılacaq karantin rejimində müəyyən sahələri aça bilərik. Bu istiqamətdə bir sıra dövlətlərin təcrübəsi var".
ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
!@#
"Çünki karantin rejimi iqtisadiyyata mənfi təsir göstərir", - Azərbaycan Prezidenti bildirib.
Xəbər verdiyimiz kimi, Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.











