Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

AMB: 2027-⁠ci ildə qeyri-neft iqtisadiyyatında 4,3 %-⁠lik artım gözlənilir

AMB: 2027-ci ildə qeyri-neft iqtisadiyyatında 4,3 %-lik artım gözlənilir

Azərbaycanda iqtisadi artım qlobal çağırışlara baxmayaraq davam edib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, məqsədyönlü ardıcıl siyasətin nəticəsində ölkəmizdə iqtisadi inkişaf davam edib, vətəndaşların sosial rifahı yüksəlmiş və makroiqtisadi sabitlik təmin edilib: "10 ayın nəticələrinə əsasən iqtisadi artım 1,7 % təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 % səviyyəsində formalaşıb. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ÜDM-in artımı 2,3 % olacaq, qeyri-neft ümumi daxili məhsulun artımının isə 4,3 % səviyyəsində olacağı gözlənilir".

T. Kazımov deyib ki, bu il oktyabrın nəticələrinə əsasən, illik inflyasiya 5,2 % təşkil edib: "Bu göstərici Mərkəzi Bankın hədəf diapazonunda inflyasiyanın formalaşmasını deyir. Bizim oktyabr proqnozlarımıza əsasən, orta hesabla inflyasiya orta müddətdə 5,3 % olacaq. Orta müddətdə dedikdə 2027–2028-ci illər nəzərdə tutulur".

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə