Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib

AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib

Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 milyon manata çataraq tarixi maksimuma yüksəlib.


Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.


Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 milyon manat, ötən il isə 72 milyon manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib".


Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".


Anar Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı artıracaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə