Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

ABŞ və Çin razılaşdılar

ABŞ və Çin razılaşdılar

Çinin baş nazirinin müavini Lyu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzerə telefonla zəng edib.

ENA.az xəbər verir ki, tərəflər oktyabr ayının əvvəlində Vaşinqtonda ticarət danışıqlarının yeni raundunu keçirmək barədə razılığa gəliblər.

Daha əvvəl danışıqların sentyabr ayında keçirilə biləcəyi deyilirdi.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət danışıqlarının son raundu iyulun 31-i Şanxayda keçirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə