Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

ABŞ ticarət missiyasının Azərbaycana səfəri TƏXİRƏ DÜŞDÜ

ABŞ ticarət missiyasının Azərbaycana səfəri TƏXİRƏ DÜŞDÜ

ABŞ-ın ticarət missiyasının Azərbaycana və Gürcüstana səfəri təxirə salınıb.

ENA.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının və Amerika-Gürcüstan Biznes Şurasının birgə bəyanatında bildirilib. 

Səfərin koronavirus (COVİD-19) səbəbindən qlobal sağlamlıq vəziyyətinin pisləşməsinə görə təxirə salındığı bildirilir.

Qeyd edək ki, səfər 5-10 aprel tarixlərinə planlaşdırılırdı.

Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirliklərinin, ABŞ-ın Türkiyədəki Kommersiya Xidmətinin birgə məsləhətləşmələri ilə qəbul olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə