Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

ABŞ-ın briqada generalı Xəzərin sahilində

ABŞ-ın briqada generalı Xəzərin sahilində

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib.

ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-ın Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə