Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

ABŞ “Brent”markalı neftin qiymətinə dair proqnozunu dəyişib

ABŞ “Brent”markalı neftin qiymətinə dair proqnozunu dəyişib

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) “Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnozunu 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.

“ENA” xəbər verir ki, bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir.

2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu isə 60,01 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, “WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.

EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq. Buna səbəb ilin ilk yarısında xam neftə olan tələbatın artması olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə