Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

71,3 milyard dollarlıq razılaşma - Məşhur şirkət satıldı

71,3 milyard dollarlıq razılaşma - Məşhur şirkət satıldı

Avropa İttifaqı Komissiyası “Disney” şirkətinin “21st Century Fox”u satın almasını təsdiqləyib.

"BI" istinadən xəbər verir ki, müqavilənin dəyəri 71,3 milyard dollardır.

Məlumata görə, “Disney” Komissiyanın razılığını almaq üçün Avropadakı “History”, H2, “Crime & Investigation”, “Blaze” və “Lifetime” kimi kanalları əldən çıxarıb.

Satınalma şərtlərinə əsasən “Disney” “21st Century Fox” kino studiyalarının “X-Men”, “Avatar”, “Simpsons” və “National Geographic” kimi nəhəng layihələrinin də yayım hüququna yiyələnib.

Bundan başqa, “Hulu” və “Sky” onlayn televiziyaları da “Disney”in tərkibinə daxil olub.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə