Avtomobil

Dünyanın ən etibarlı avtomobilləri - AÇIQLANDI

Etibarlılıq istənilən avtomobilin alınması zamanı diqqət yetirilən ən vacib kriterilərdən birdir.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, “J. D. Power” analitik agentliyinin Britaniya bölməsinin ekspertləri 100 maşına düşən orta sınma səviyyəsini hesablayaraq 3 ilə kimi olan ən etibarlı avtomobillərin reytinqini hazırlayıblar.
 

Eləcə də bax: Son 15 ildə ən çox alınan Mercedes modelləri - TOP 10

Reytinqə “Peugeot” başçılıq edir. Sonrakı yerləri müvafiq olaraq “Skoda”, “Hyundai”, “Nissan”, “Suzuki”, “Opel”, “KİA”, “Mİni”, “Ford” və “Volvo” tutur.

Modellər arasında alındıqdan üç il ərzində ən az sınma “Volkswagen Up”, “Tiguan” “Passat”, “Hyundai i10” və i20, “Peugeot 108”, 2082008 и 3008, “Skoda Octavia”, “Seat Leon”, “Opel Insignia”, “Mokka” və “Zafira”, “Ford Focus”, “C-Max” və “Fiesta”, “Honda CR-V”, “Mercedes-Benz C-Class” və “Е-Class”, həmçinin “Citroen C4 Picasso” və “Nissan Juke”da qeydə alınıb.

Ekspertlərin hazırladığı antireytinqdə isə ən problemli “BMW” avtomobilləri olub. Autsayderlərin onluğunda növbəti yerləri müvafiq olaraq “Fiat”, “Audi”, “Jaguar”, “Land Rover”, “Mercedes Benz”, “Toyota”, “Citroen”, “Renault” və “Mazda” avtomobilləri tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)