Fermerlərə icarəyə dronlarılar veriləcək

“Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiq etmək üçün 10-15 ədəd dronun gətirilməsi nəzərdə tutulub”.
“ENA.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.
Onun sözlərinə görə, dronlardan 1-i pilot layihə çərçivəsində artıq ölkədədir: “Həmin nazirliyin Bitkiçilik İnstituna təhvil verilib. İnstitutun mütəxəssisi ondan istifadə ilə bağlı kurs keçəcək. Bundan sonra digər yerli mütəxəssislər də drondan istifadə edə biləcəklər. Fermerlər dronları icarə qaydasında əldə edəcəklər”.