Bitcoin-in qiyməti 8000 dolları da keçib
ABŞ-Çin ticarət müharibəsi ən böyük kriptovalyuta Bitcoin-ə marağı artırıb, qiyməti 8 min dolları keçib.
ABŞ-Çin ticarət müharibəsi xüsusilə Çinli sərmayədarların Bitcoin-ə olan maraqlarını artırıb.
"ENA" xəbər verir ki, "Mint Exchange"in İcraçı direktoru Harpal Sandhuya görə, Çində investorlar yuan sataraq Bitcoin və digər pul vahidlərinə yönəlirlər.
Coindesk.com-a görə, Bitcoin-in qiyməti son 24 saat ərzində 14%-dən çox artaraq 8148,56 dolları görüb.
Bakı vaxtı ilə saat 10:30-da Bitcoin-in qiyməti 13,80 faiz artımla 8037 dollar təşkil edib.