Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

10 il əvvəl təməli qoyulmuş iri şirkət iflas elan ediləcək

10 il əvvəl təməli qoyulmuş iri şirkət iflas elan ediləcək

Gəncə şəhərində yerləşəm "Detal Alüminium" MMC iflas ediləcək.

"ENA" MMC-nin "kreditorlarının nəzərinə" başlığı ilə rəsmi mətbuatda dərc etdirdiyi elanına istinadən xəbər verir ki, "Detal Alüminium" MMC-nin iflas edilməsinə dair işə 29 May 2019-cu il tarixində Gəncə şəhəri İnzibati-İqtisad məhkəməsində baxılacaqdır. 

DetAl Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir. 

 

DetAl Alüminium Kompleksinin təməli 2008-ci ilin mart ayında qoyulmuşdu.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə