Sığorta

Azərbaycanda 11 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-mart aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 11-nin yığımları azalıb.

"ENA" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta). Bu şirkət yanvar-martda 31,69 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,9 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 3 ayda 6,836 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 962 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 82,4% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "PAŞA Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 1,6% azalaraq 64,469 milyon manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)