Avtomobil

Çinin BAİC şirkəti “Daimler”in səhmlərini almaq istəyir

Çinin “BAİC Group” şirkəti “Mercedes-Benz” avtomobillərini istehsal edən “Daimler” şirkətinin səhmlərinin 5 faizini almaq istəyir.

"ENA" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xarici mənbələrə istinadla məlumat yayıb. “BAİC Group”un bu niyyəti barədə “Daimler”i hələ ilin əvvəlində məlumatlandırdığı bildirilir. Hələlik heç bir şirkət bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “BAİC” və “Daimler” əməkdaşlığa 2005-ci ildə müştərək “Beijing Benz Automotive” müəssisəsini yaratmaqla başlayıblar. Çində “Mercedes-Benz” avtomobillərinin yığılması ilə məşğul olan şirkət həm də “Daimler”in Almaniyadan kənarda yeganə avtomobil mühərriki zavoduna malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)