Hesabatlar

“Xalq Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 5 dəfə artıb

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2018-ci ili 147 min manat xalis mənfəət başa vurub.

"ENA.az" kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 4,7 dəfə çoxdur.

Ötən il “Xalq Kapital”ın əqdlər üzrə komissiya gəlirləri 191 min manat, digər gəlirləri 24 min manat, əmək haqqı və işçilərlə bağlı digər ödənişləri 29 min manat, ümumi və inzibati xərcləri 28 min manat, faiz gəlirləri 20 min manat, mənfəət vergisi ödəmələri isə 31 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Kapital”ın aktivləri 578 min manat olub ki, bu da illik müqayisədə 28,4% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 33,3% azalaraq 38 min manata düşüb, balans kapitalı isə 37,4% artaraq 540 min manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)