Ankara-Bakı-Moskva üçtərəfli birgə memorandum imzalayacaq
Ankara-Bakı-Moskva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutan üçtərəfli birgə memorandum imzalayacaq.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.
Nazirlikdən əlavə ediblər ki, memorandumun imzalanması bu gün Ankarada baş tutacaq. İmzalanma mərasimində 3 ölkənin dəmir yolu idarəsi rəsmilərinin iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub.
İlkin mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımanın həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, həmçinin 1 milyonadək sərnişin daşınacaq.