Bank

Əmək haqqı kartlarının sayı azalıb

Azərbaycanda əməkhaqqı kartlarının sayı 1 aprel 2019-cu il tarixinə 2 milyon 85 min  ədəddən  2 milyon 78 min ədədə düşüb. Bu da ötən martın 1 ilə müqayisədə 7 min ədəd azalma deməkdir.

"BI" bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Lakin, əmək haqqı kartları illik isə 10% artıb.

Ümumiyyətlə isə bank kartlarının sayı ölkədə 6 milyon 624 min ədəddir. Burada 2 milyon 536 min ədədi sosial kartlar, 786 min ədədi kredit kartları, 1 milyon 2384 min ədədi isə debet kartlardır.

Debet kartları ay ərzində isə 160,1 min ədəd (15%) artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department