Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçiriləcək
Azərbaycan Banklar Assosiasiyası (ABA) oktyabrın 26-da “Nə? Harada? Nə zaman?” çempionatını keçirəcək.
ABA-dan bildiriblər ki, yarış üçün banklara müraciət olunub və komandalar qeydiyyata alınır. Yarışın qalib komandaları mükafatlandırılacaq.
Xatırladaq ki, ABA tərəfindən təşkil olunan banklararası “Nə? Harada? Nə zaman?” çempionatı 3 ildir keçirilir. Ötən il 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “Kapital Bank” komandası olub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.