Bank

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 7% artıb

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,7 milyon manat ipoteka krediti verilib.

"BI" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 35,6% artaraq 70,9 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərinin məbləği isə 42,9% azalaraq 20 milyon manata düşüb.

Ötən ilin I rübündə İKZF-ə dövlət büdcəsindən 50 milyon manat ayrılsa da, bu ilin I rübündə Fond büdcədən vəsait almayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)