MALİYYƏ

“BTB Kapital İnvestisiya Şirkəti” ötən ili zərərlə başa vurub

“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 304 min manat təşkil edib.

"Businessinsider.az" bu barədə kommersiya qurumunun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin sonuna “BTB Kapital” 5 min manat cəmi öhdəliklərə, 299 min manat cəmi kapitala malik olub.

2018-ci ildə investisiya şirkətinin əməliyyat gəlirləri 12 min manat, əməliyyat xərcləri 20 min manat, faiz gəlirləri 13 min manat, işçi heyəti ilə bağlı xərcləri 69 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 13 min manat təşkil edib. Son nəticədə maliyyə qurumu ötən ili 51 min manat zərərlə başa vurub.

Xatırladaq ki, “BTB Kapital İnvestisiya Şirkəti” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır. Şirkətin səhmdarı 100% “Bank BTB” ASC-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)