Qeyri-Bank

“Kredaqro” BOKT-un xalis mənfəəti 76% azalıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 223 min manat xalis mənfəətlə başa vurub.

"Businessinsider.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 75,9% azdır.

Ötən il “Kredaqro”nun gəlirləri 3,407 milyon manat, o cümlədən faiz gəlirləri 963 min manat, qeyri-faiz gəlirləri 2,444 milyon manat, xərcləri 4,513 milyon manat, o cümlədən faiz xərcləri 117 min manat, qeyri-faiz xərcləri 4,396 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,33 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,001 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 7,989 milyon manat olub ki, bu da illik müqayisədə 0,3% çoxdur. Bunun 4,14 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 12,5% kiçilib.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 0,9% azalaraq 6,675 milyon manata düşüb, balans kapitalı isə 6,7% artaraq 1,314 milyon manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)