Rəsmi

Azərbaycanda avtomobillərin gömrükdən keçirilməsi qaydası dəyişdi

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”da dəyişiklik edilib.

"BI" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.

Bildirilir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department