Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var
Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb. "BI"nin xəbərinə görə, fərman “Rəsmi qəzet” nəşrində dərc olunub.
Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, “Husi” qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, “Husi” inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb.
Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.