Sığorta

Azərbaycanın əksər sığorta şirkətləri balans kapitalının hesabına "böyüyüb"

Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.

Bu apar;lan araşdırma nəticəsində məlum olub.

Belə ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Bakı Sığorta", "Rəvan Sığorta", "Amrah Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 1-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 5 şirkətdə 50-60% arasında, 2 şirkətdə 40-50% arasında, 2 şirkətdə 30-40% arasında, 2 şirkətdə 20-30% arasında, 1 şirkətdə isə 10-20% arasındadır.

Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 39,8% - 60,2% olub.

Sığorta
şirkətinin adı

Şirkətin aktivlərində

Balans
kapitalının
payı

Öhdəliklərin
payı

1

Bakı Sığorta

87,9%

12,1%

2

Rəvan Sığorta

83,9%

16,1%

3

Amrah Sığorta

83,6%

16,4%

4

Xalq Sığorta

82,2%

17,8%

5

İpək Yolu Sığorta

74,3%

25,7%

6

AXA Mbask

63,8%

36,2%

7

Günay Sığorta

61,8%

38,2%

8

Azərbaycan
Sənaye Sığorta

61,5%

38,5%

9

Azsığorta

56,6%

43,4%

10

Meqa Sığorta

56,1%

43,9%

11

Azərsığorta

55,5%

44,5%

12

A-Qrup Sığorta

55,1%

44,9%

13

Qala Həyat Sığorta

54,9%

45,1%

14

PAŞA Sığorta

42,9%

57,1%

15

Qala Sığorta

41,2%

58,8%

16

Atasığorta

32,0%

68,0%

17

Standard Insurance

30,3%

69,7%

18

Atəşgah Sığorta

28,4%

71,6%

19

Atəşgah
Həyat Sığorta

21,1%

78,9%

20

PAŞA Həyat Sığorta

17,8%

82,2%

21

Naxçıvan Sığorta

Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

39,8%

60,2%

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)