Əsas məzmuna keç
Bakı +14°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

“Oba”ya silahlı hücum olub

“Oba”ya silahlı hücum olub

Bakıda marketlər şəbəkəsinin bir filialına silahlı hücum baş verib.

"BI" xəbər verir ki, hadisə aprelin 1-i səhər saat 09 radələrində qeydə alınıb.

Yasamal rayonunda yerləşən “Oba” marketə hücum edən Mingəçevir şəhər sakini Murad Mustafayev orada satıcı işləyən 1986-cı il təvəllüdlü Mahirə Əhmədovanı cibindən çıxardığı bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.

Daha sonra bıçaqla vuraraq kassanı sındırıb və içindən 205 manat götürərək oradan qaçıb.

M.Mustafayev hadisədən sonra saxlanılıb.