5 "ASAN Xidmət", 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək
2019-cu ildə bölgələrdə 5 "ASAN Xidmət" mərkəzi, Bakıda isə 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək.
"BI" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
O bildirib ki, Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən "ASAN Xidmət" mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Bakı şəhərində 2 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərdiyini xatırladan E.Niftəliyev qeyd edib ki, bu il Bakıda kommunal sahədə xidmətlər göstərən mərkəzlərin sayı 3-ə çatdırılacaq.