MALİYYƏ

Ötən ilin ən gəlirli şirkəti bəlli olub

Ötən ilin 2018-ci ilin yekunlarına görə, dünyanın ən çox mənfəət gətirən müəssisəsi olan Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkəti il ərzində 111,1 milyard ABŞ dolları həcmində xalis mənfəət əldə edib.

“Bloomberg”xəbər verir ki, bu barədə “Moody’s Investors Service” məlumat yayıb. İkinci yerdə “Apple” şirkətinin (59,5 milyard dollar), üçüncü yerdə “Google” (30,7 milyard), dördüncü yerdə də “Exxon Mobil” (20,8 milyard) şirkəti qərarlaşıb.

Bundan əvvəl “Fitch Ratings” agentliyi “Saudi Aramco”nun vergi, faizlər, amortizasiya xərcləri çıxmadan 224 milyard dollar gəlir əldə etdiyini, bu göstəriciyə görə də “Apple” və “Exxon Mobil”dən xeyli irəlidə olduğunu diqqətə çatdırmışdı.

İstər “Moody”, istərsə də “Fitch” “Saudi Aramco”nun nəzərdə tutduğu dollar istiqrazlar buraxılışını yüksək qiymətləndirərək investisiya cədvəllərində (müvafiq olaraq A1 və A+) bu baxımdan şirkəti beşinci yerə layiq görüblər. “Bloomberg” gəlirinin 50 faizini mənfəət vergisi qismində, üstəlik dəyişən cədvəllə royalti vergisi ödəyən “Saudi Aramco”nun bu qədər vergi yükü olmasa, şirkətin daha yüksək dərəcə əldə edəcəyini də qeyd edib. Belə ki, hazırda hasil etdiyi hər barel neft “Royal Dutch Shell”ə 38 dollar, “Total”a 31 dollar gəlir gətirirsə, “Saudi Aramco”ya cəmi 26 dollar gətirir.

“Moody’s”in məlumatına görə, ötən il ərzində bütövlüklə dövlətə məxsus olan “Saudi Aramco” dövlətə 58,2 milyard dollar dividend ödədiyi halda 48,8 milyard dollar nağd ehtiyatı, 27 milyard dollar da borcu var

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)