Bank depozit şərtlərinə kəskin dəyişikliklər etdi
Ötən ilin noyabr ayının sonlarında rebrendinq nəticəsində “Premium Bank”a çevrilən keçmiş “Bank Silk Vey” əmanət şərtlərində kardinal dəyişikliklər həyata keçirib.
Bank əmanətin məbləğinə olan minimal tələbi 10 dəfə endirərək 50 min manat/USD/avroya salıb. Milli valyutada bir il müddətinə cəlb edilən depozitlərin faiz dərəcəsi 5 dəfə artırılaraq 10%-ə çatdırılıb.
Daha bir dəyişikliyə əsasən ABŞ dollarında cəlb olunan əmanətlərin maksimal faiz dərəcəsi 1,5%-dən 3 faizə artırılıb.